2026-cı ilin aprel ayında Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davam etsə də, əvvəlki aylarla müqayisədə daha stabil və balanslı dinamika müşahidə olunub. Qiymətləndiricilər tərəfindən açıqlanan son statistik göstəricilər paytaxtda mənzil qiymətləri, yeni tikili bazarı, köhnə tikililər, həyət evləri, torpaq və kommersiya obyektləri üzrə vəziyyətin dəyişdiyini göstərir.
Ekspertlərin hesablamalarına əsasən, Bakı daşınmaz əmlak bazarı artıq sürətli spekulyativ artım mərhələsindən çıxaraq daha sabit inkişaf mərhələsinə daxil olub. AQP Ümumi Daşınmaz Əmlak Bazarı İndeksi 2025-ci ilin dekabr ayı ilə müqayisədə 101.8 səviyyəsində formalaşıb ki, bu da bazarda ümumi qiymət artımının davam etdiyini təsdiqləyir.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) məlumat verilib.